Menu

TRT-nin 370 əməkdaşı barəsində istintaq başlandı

19.07.2016, 18:12

trt-bina_0TRT-nin 370 əməkdaşı barəsində istintaq başlanıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Ankara Prokurorluğu onları FETÖ ilə əlaqəli olmaqda şübhəli sayır.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdi zamanı TRT-nin binası qiyamçılar tərəfindən tutulub, kanal rəhbərliyi və əməkdaşları girov saxlanıb. Daha sonra qiyamçılar aparıcı Tijen Karaşı bəyanat oxumağa məcbur ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol