Menu

Yerevanda vəziyyət yenidən gərginləşib - CANLI YAYIM

19.07.2016, 23:07
Yerevanda vəziyyət yenidən gərginləşib - CANLI YAYIM

İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına əlavə polis qüvvələri cəlb olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, binanı mühasirəyə almış polis qüvvələri ərazini ciddi nəzarətə götürüb. Məlumata görə, hadisə yerinə polis qüvvələri komandanı Levon Yeranosyan da gəlib.

Məlumata görə, hadisə yerinə həmçinin onlarla mülki vətəndaş toplaşıb. Bildirilir ki, onlar silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmaq niyyətindədirlər.

https://youtu.be/9ISv6JUBSqg

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol