Menu

"Rublu möhkəmləndirmək lazımdır" - Putindən Medvedevə təklif

20.07.2016, 00:17

Putin-i-MedvedevRusiya prezidenti Vladimir Putin milli valyutanın xammal bazarlarındakı dəyişkənliyə baxmayaraq, möhkəmlənməsini vurğulayıb və baş nazir Dmitri Medvedevə bu faktorlar nəzərə alınmaqla gələcək addımları müzakirə etməyi təklif edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin iqtisadiyyatın real sektoruna, kiçik və orta biznesə dəstəyi nəzərdə tutan plan üzərində iş getdiyini bildirib.

Onun sözlərinə görə, bu, sahibkarlar sinfi və qeyri-xammal ixracı üçün hazırda çox mühümdür: “Hökumət hazırda büdcə üzərində fəal işləməyə başlayır, üçillik planlaşdırmaya qayıdırıq. Ümid edirəm ki, bütün bu amillər yaxın və ortamüddətli perspektivdə nəzərə alınacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol