Lakin hazırda bizim əlimizdə sübut yoxdur
2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" təyyarəsini vuran iki türk pilotunun hazırda ABŞ-da yaşayan və Ankara tərəfindən Türkiyədə çevriliş cəhdində ittiham olunan müxalifətçi Fətullah Gülənin gizli təşkilatı ilə əlaqəli olma ehtimalı var.
"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.
"Rusiya təyyarəsini vuran iki pilot çevriliş işi üzrə saxlanılıblar. Onlar Gülənin təşkilatı ilə əlaqəli ola bilərlər, lakin hazırda bizim əlimizdə sübut yoxdur, bunu məhkəmə müəyyən edəcək", — deyə o bildirib.


Şərhlər