Menu

Bakı bulvarında 6 nəfər iki şəxsə qarşı quldurluq edib

21.07.2016, 12:22

bulvar17_esasBakı bulvarında 6 nəfər Hacıqabul sakinlərinə qarşı quldurluq edib.

“Report”un xəbərinə görə, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, “Milli park”ın ərazisində 6 naməlum şəxs Hacıqabul rayon sakinləri Kənan Cəlilovu və Fariq Cəfərzadəni bıçaqla hədələyib pul vermələrini tələb edib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Əziz Əsgərov, Təbriz Tağıyev, Sadiq İsmayılov, İlqar Əliyev, Faiq Həşimov və Yadulla Abdullayev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol