Menu

Türkiyədə daha bir general saxlanılıb

21.07.2016, 14:05
Türkiyədə daha bir general saxlanılıb

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir general saxlanılıb.

"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkir şəhərindəki 7-ci korpusunun komandanı, general-polkovnik İbrahim Yılmazdır.

Qeyd edək ki, İ.Yılmaz müvəqqəti olaraq hərbi çevriliş cəhdinə görə saxlanılan Türkiyə Silahlı Qüvvələrinin Malatya şəhərindəki 2-ci ordusunun komandanı, ordu generalı Adem Hudutinin yerinə təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol