Dövləti ələ keçirməyə cəhdə qarşı Ankaranın bombalanması zamanı şəhid olan Halit Gürsəl və Səhər Yaşarın həmin gecə nişanları olacaqmış.
"AzPolitika.info" bildirir ki, terror təşkilatı FETÖ/PDY-nin zərbə cəhdi zamanı Diyarbəkirdən qalxan döyüş təyyarələri, Ankara Gölbaşı Şəxsi Hərəkat Dairə Başçılığını bombalayıb. Xain hücumda 42 polis əməkdaşı şəhid olub. Şəhidlər arasında Diyarbəkirli polis əməkdaşı Halit Gürsəl və Səhər Yaşar da olub.
Üsyançılara qarşı çiyin-çiyinə mübarizə aparan gənc cütlük, öz aralarında söz kəsmiş, həmin gecə nişan hazırlığı edirlərmiş. Halit Gürsəlin Diyarbəkirdə yaşayan ailəsi nişan üçün Ankaraya gedib. Zərbə cəhdi olmasaydı, nişan mərasimi keçiriləcəkdi. FETÖ-cü xainlərin şəhid etttiyi polis məmuru Halit Gürsəl Diyarbəkirdə, Səhər Yaşar isə Ankarada dəfn edilib.

Oğlu üçün gözyaşı tökən Əminə Gürsəl isə, "Oğlumu çox çətin vəziyyətdə böyütdüm. Məktəbə gedərkən, ona ayaqqabı belə ala bilmədim. Bütün çətinliklərə sinə gələrək buralara gəlib çıxdı. İntiqamının alınmasını istəyirəm" deyə şəhid anası oğlu haqda danışıb.


Şərhlər