Menu

Türkiyədə qatarla mikroavtobus toqquşub: 6 ölü, 15 yaralı var

22.07.2016, 14:11
Türkiyədə qatarla mikroavtobus toqquşub: 6 ölü, 15 yaralı var

Hadisə Manisa vilayətinin Alaşehir rayonunda nəzarət olunmayan dəmir yolu keçidində baş verib

Türkiyənin Manisa vilayətində sərnişin qatarı ilə mikroavtobus toqquşub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Alaşehir rayonunda nəzarət olunmayan dəmir yolu keçidində baş verib.

İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlərdən 6 nəfəri ölüb, 8-i ağır olmaqla 15 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol