Menu

İkinci hərbi çevriliş əmri - Şok iddia

22.07.2016, 16:25
İkinci hərbi çevriliş əmri - Şok iddia

İstanbulda həbs olunan briqada generalı Haluk Şaharın həbsdən əvvəl ikinci dəfə hərbi çevrilişə cəhdlə bağlı əmr verdiyi iddia edilib.Axar.az xəbər verir ki, generalın saxlanılmazdan əvvəl Konya Hərbi Hava Bazası komandanı Mustafa Ərtürkə 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda tapşırıq verdiyi deyilir.

Məlumata görə, polkovnik-leytenant Alparslan Şahin ikinci hərbi çevriliş cəhdi üçün hərbi birlikdəki əsgərlərin böyük hissəsini evlərinə göndərib və oraya öz qruplaşmasındakı əsgərləri gətirib. Bundan sonra 2 helikopterə 4 pulemyot, təxminən 6 min güllə və raket sistemi yerləşdirilib.

Mustafa Ərtürk 4 ədəd F-16 qırıcısının hazır vəziyyətə gətirilməsi haqda əmr versə də, onun qruplaşması və özünün həbs olunması bu planın - ikinci hərbi çevriliş cəhdinin üstündən xətt çəkib.

Lakin o həbs olunsa da, ittihamları qəbul etməyib və hərbi çevrilişə cəhdlə heç bir əlaqəsinin olmadığını iddia edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol