Menu

Prokurorluq Fətullah Gülənə görə məhkəməyə müraciət etdi

22.07.2016, 18:20
Prokurorluq Fətullah Gülənə görə məhkəməyə müraciət etdi

Türkiyəndə fətullahçılarla bağlı ölkənin Baş Prokurorluğunun hazırladığı ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

15 iyul hərbi çevrilişə cəhd edənlərlə bağlı ittiham aktını Ankara 4-cü Ağır Cəza Məhkəməsində qəbul olunub.

İttiham aktında cinayət işi üzrə şübhəli şəxs qismində 73 nəfərin adı var.

Siyahıda “Hizmət” təşkilatının sədri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən də yer alıb.

Məhkəmənin ilk hazırlıq iclası bu ilin noyabrın 22-25-də keçiriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol