Menu

PREZİDENTİN MÜHAFİZƏ ALAYINDA ƏMƏLİYYAT - Cəhdə qarşı

22.07.2016, 22:45
PREZİDENTİN MÜHAFİZƏ ALAYINDA ƏMƏLİYYAT - Cəhdə qarşı

Ankara Respublika Baş Prokurorluğu FETÖ-nün zərbə cəhdinə qarşı aparılan istintaq çərçivəsində, Prezidentin Mühafizə Alayındakı 283 əsgər nəzarətə alınıb.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezidentin Mühafizə Alayında 300 əsgər haqqında nəzarət qərarı verilib. Aralarında TRT-dəki bəyanatı oxutduqları bildirilən əsgərlərin də olduğu nəzarət qərarı verilən 300 əsgərdən 283 əsgərin nəzarətə alındığı öyrənilib.

Mühafizə Alayında həbs olunan əsgərlər, bələdiyyə avtobusları ilə Mühafizə Alayından çıxarıiıb. Zirehli vasitələr də bələdiyyə avtobusların dəstək verib. Əməliyyata Xüsusi Hərəkat Polislərinin də dəstək verdiyi bildirilib. Nəzarətə alınanlar, Ankara Təhlükəsizlik Müdirliyinə aparılıb. Bu əsgərlər buradakı əməliyyatların ardından Ankara Ədalət Sarayına gətiriləcək.

Xatırladaq ki, Türkiyədə Ankara şəhəri ilə yanaşı digər şəhərlərdə də cəhdə qarşı əməliyyatlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol