Menu

BMT dünyada terror təşkilatlarına qoşulan xarici silahlıların sayını açıqladı

23.07.2016, 10:38

bmt 1-300x263"Yalnız bu ilin Ramazan ayı ərzində "İslam Dövləti" (İŞİD) qruplaşması 16 ölkədə 393 hücum həyata keçirib. Hücumların əksəriyyəti İraq və Suriyada baş verib.

"Report" BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT Antiterror Komitəsinin icraçı direktoru Jan-Pol Laborde bildirib.

"Bu gün bu və ya başqa terror təşkilatlarının tərkibində dünyanın 100 ölkəsindən 30 minə yaxın xarici silahlı fəaliyyət göstərir. Terrorizm qlobal təhlükədir", - Laborde deyib.

O vurğulayıb ki, terror təhlükəsi daim qalır və təəssüf ki, realdır: "Ayrı-ayrılıqda ölkələr bununla mübarizə apara bilməyəcək."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol