Menu

"Dövlət çevrilişinə cəhdlə bağlı materiallar on gün ərzində ABŞ-a göndəriləcək" - Türkiyə XİN başçısı

23.07.2016, 17:01

movlud_mg1627849Türkiyə nümayəndə heyəti bir ay içinde ABŞ-a səfər edəcək və məsələylə bağlı birbaşa danışıqlar aparacaq

"Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin materialları bir həftə və ya on gün ərzində ingilis dilinə tərcümə olunub ABŞ-a təqdim olunacaq".

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün zəruri sənədlər ABŞ-a göndərilir: "Bundan sonra Türkiyə nümayəndə heyəti bir ay içinde ABŞ-a səfər edəcək və məsələylə bağlı birbaşa danışıqlar aparacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol