Menu

 Fətullah Gülənin qardaşı oğlu saxlanıldı - Türkiyədə

23.07.2016, 18:01

axar.az1393267899gulenMəhəmməd Səid Gülən dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı sorğu-sual ediləcək

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu saxlanılıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Məhəmməd Səid Gülən (Muhammet Sait Gulen) Ankara prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdinə qarşı apardığı istintaq tədbirləri çərçivəsində Ərzurumda saxlanılıb.

Məlumatda onun Ankaraya gətiriləcəyi, terror təşkilatına üzvlüklə yanaşı, 2010-cu ildə dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanın suallarını iştirakçılara ötürülməsi ilə bağlı da sorğu-suall ediləcəyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol