Menu

Münhen gülləbaranında ölənlərin çoxu azyaşlıdır

23.07.2016, 18:57
Münhen gülləbaranında ölənlərin çoxu azyaşlıdır

Münhen şəhər polis başçısı Hubertus Andre atışma zamanı ölənlərin çoxunun azyaşlılar olduğunu bildirib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Münhendə keçirilən mətbuat konfransında H.Andre ölənlərdən ikisinin 15 yaşı, daha üç nəfərin 14 yaşı, digərlərinin isə 17, 19, 20 və 45 yaşları olduğunu qeyd edib.

Polisin məlumatına görə, atəş açan şəxs tək oıub və özünü də oradaca güllələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol