Menu

"Fövqəladə vəziyyət bitənə qədər təslim olmayacağam" - JURNALİST

25.07.2016, 13:10
"Fövqəladə vəziyyət bitənə qədər təslim olmayacağam" - JURNALİST

Türkiyədə cəhdə qarşı əməliyyatlarda 42 jurnalist haqqında nəzarət qərarı verilib.

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə dövləti ələ keçirməyə cəh edənlərə qarşı əməliyyatlar davam edir. Cəhdə qarşı əməliyyatlarda mətbuat nümayəndələrinin də bu işin içində olduğu məlum olub. Aparılan əməliyyatlar çərçivəsində, 42 jurnalist haqqında nəzarət qərarı verilib. Haqqında nəzarət qərarı verilən 42 jurnalistdən, 5-i artıq həbs olunub.

Barəsində axtarış elan olunan jurnalistlərdən Fatih Yağmur, "Twitter"dəki hesabından AKP-yə yaxın Sabah qəzetinin nəşr etdiyi "nəzarət" siyahısını xatırladaraq, "Barəmdə nəzarət qərarı verilmiş" deyə yazıb. Telefonlarını bağladığını dilə gətirən Yağmur, "Fövqəladə vəziyyət bitənə qədər təslim olmayacağam" deyə şərh edib.

Hakimiyyətə yaxın olduğu bilinən "Sabah" qəzetinin yazdığına görə, haqqında nəzarət qərarı verilən jurnalistlər bunlardır:

ABDULLAH ABDULKADİROĞLU, ABDULLAH KILIÇ, AHMET DÖNMEZ, ALİ AKKUŞ, ARDA AKIN, NAZLI ILICAK, BAYRAM KAYA, BİLAL ŞAHİN, BÜLENT CEYHAN, BÜLENT MUMAY, BÜNYAMİN KÖSELİ, CEMAL AZMİ KALYONCU, CEVHERİ GÜVEN, CİHAN ACAR, CUMA ULUS, EMRE SONCAN, ERTUĞRUL ERBAŞ, ERCAN GÜN, ERKAN AKKUŞ, FATİH AKALAN, FATİH YAĞMUR, HABİB GÜLER, HANIM BÜŞRA ERDAL, HAŞİM SÖYLEMEZ, HÜSEYİN AYDIN, İBRAHİM BALTA, KAMİL MAMAN, KERİM GÜN, LEVENT KENES, MAHMUT HAZAR, MEHMET GÜNDEM, METİN YIKAR, MUHAMMET FATİF UĞUR, MUSTAFA ERKAN ACAR, MÜRSEL GENÇ, SELAHATTİN SEVİ, SEYİT KILIÇ, TURAN GÖRÜRYILMAZ, UFUK ŞANLI, UFUK EMİN KÖROĞLU, YAKUP SAĞLAM, YAKUP ÇETİN.

 

ELVİN

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol