Menu

Ərdoğanın səfəri təxirə salındı

25.07.2016, 16:52
Ərdoğanın səfəri təxirə salındı

İyulun sonlarına təntənəli açılışı planlaşdırılan Minsk Cümə məscidinin açılışı təxirə salınıb. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Belarusa səfərinin vaxtının dəyişdirilməsidir.

"Report" TASS-a istinadən xəbər ki, bu barədə məscidin imamı Zərif Zuludi məlumat verib.

Onun sözlərinə görə, məscidin açılışı sentyabra təxirə salınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəlcədən planlaşdırıldığı kimi, böyük ehtimalla bu həftə Belarusa getməyəcəyi barədə xəbərlər yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol