Menu

Almaniya hakimiyyəti 60 qaçqının fəaliyyətini araşdırır

25.07.2016, 19:28
Almaniya hakimiyyəti 60 qaçqının fəaliyyətini araşdırır

Almaniya hakimiyyəti ölkədən sığınacaq istəyən 60 qaçqının terrorçu təşkilatlarla bağlı olub-olmamalarını araşdırır.

Bu barədə iyulun 25-də ölkənin hüquq-mühavizə orqanları məlumat yayıb.

Bəyanatda deyilir ki, hazırda polisdə qaçqınların terror hücumlarına hazırlaşması barədə konkret dəlil yoxdur.

Amma yerli hakimiyyət orqanlarından polisə qaçqınlar tərəfindən mümkün terror hücumları barədə 400-dən çox məlumat daxil olub.

Almaniyanın daxili işlər naziri Thomas de Maiziere bildirib ki, hətta ayrı-ayrı bu cür hallar bərədə əldə dəlillər olsa da bütün qaçqınlardan şübhələnmək düzgün olmazdı.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol