Menu

ABŞ Demokrat Partiyasının elektron poçtunu kim dağıdıb? - Lavrov yazılanları şərh edir...

26.07.2016, 16:40

Sergei LavrovAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ABŞ Demokrat Partiyasının elektron poçtunun dağıdılması məsələsinə Rusiyanın bağlılığı barədə yazılanları şərh edib («Exo Moskvı»).

Amerkalı jurnalistlərin suallarını cavablandıran rusiyalı nazir bu barədə deyib: «Mən, ağır sözlər işlətmək istəməzdim...».

Xəbər verildiyi kimi, ötən bazar günü ABŞ Demokrat Partiyası Milli Komitəsinin başçısı Debbi Vasserman-Şults partiya rəhbərliyinin elektron-poçt yazışmalarından baş vermiş «sızma»lara görə, istefa verib.

Məktublardan aydın olur ki, partiyanın mərkəzi aparatı praymerizin gedişində Hillari Klintonu müdafiə edib və bununla da digər namizədin - Berni Sandersin hüquqlarını pozub. Klintonun seçkiqabağı qərargahında əmindirlər ki, məlum serverləri rusiyalı hakerlər dağıdıblar.

«Assoşieyted-press» xəbər verir ki, Rusiya xarici işlər naziri S.Lavrovla görüşü zamanı ABŞ dövlət katibi Con Kerri elektron yazışmaların dağıdılması məsələsini qaldırıb. Bu zaman Kerri hər-hansı ehtimal irəli sürməkdən çəkinib.

Dövlət katibinin sözlərinə görə, bu məsələnin araşdırılması ilə «FBR» (ABŞ Federal Təhqiqat Bürosu) məşğuldur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol