Xarici KİV-in yaydığı məlumata görə, ABŞ-ın birinci xanımı Mişel Obama Hillar Klintonun ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib («Exo Moskvı»).
Xəbərdə deyilir ki, xanım Obama Demokrat Partiyasının Filadelfiyada keçirilən ümummilli qurultayında çıxış edib: «Heç kimə imkan verməyin ki, bizim ölkənin böyük olmadığını və daha kimlərinsə onu yenidən böyük etməsinə ehtiyacın olduğunu düşünsün. Çünki indi bizim ölkəmiz Yer kürrəsinin ən qüdrətli ölkəsidir. Bu seçkilər, ixtiyari digər seçkilər kimi yekunda, hakimiyyəti kimin götürəcəyi və növbəti 4 və ya 8 il ərzində bizim uşaqlarımızın həyatını kimin müəyyən edəcəyi məsələsidir. Yalnız bircə nəfər var ki, mən bu vəzifəni ona etibar edə bilərəm. Mənim zənnimcə, yalnız o, ABŞ-ın növbəti prezidenti olmaq üçün bütün vacib keyfiyyətlərə malikdir. Həmin şəxs Hillari Klintondur...».
Mişel Obama öz tərəfdarlarını Hillari Klintonun ətrafında sıx birləşməyə çağırıb. Onun sözlərinə görə, Hillari heç vaxt problemlərin qarşısından çəkilməyib.
AzPolitika.info


Şərhlər