Menu

​"Yuventus" argentinalı futbolçu İquaini 90 mln. avroya transfer edib

26.07.2016, 22:53
​"Yuventus" argentinalı futbolçu İquaini 90 mln. avroya transfer edib

Futbolçu Turin klubu ilə 5 il müddətinə müqavilə imzalayıb

İtaliyanın "Yuventus" klubu "Napoli"nin forvardı Qonsalo İquaini transfer edib.

"Report" xəbər verir ki, klubun rəsmi saytında transfer dəyərinin 90 milyon avro təşkil etdiyi bildirilir.

Argentinalı futbolçu Turin klubu ilə 5 il müddətinə müqavilə imzalayıb.

İquain ötən mövsüm "Napoli"nin heyətində "A" Seriyasında keçirdiyi 35 oyunda 36 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol