AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclası cari ilin oktyabr ayında Türkiyədə keçiriləcək. Bu barədə jurnalistlərə Türkiyə Cümhuriyyətinin iqtisadiyyat naziri Nihat Zeybəkçi məlumat verib («TASS»).
«Hökumətlərarası komissiyanın iclasının bu ilin oktyabr ayında Türkiyədə keçirilməsi barədə qərar qəbul olunub. Hər üç aydan bir görüş keçirmək barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə razılaşdıq» - deyə, türkiyəli nazir bəyan edib.


Şərhlər