Oyunda qapılara qol vurulmayıb
Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
"Report" xəbər verir ki, komandanın rəqibi Çexiyanın "Viktoriya" klubu olub.
Plzen şəhərinin "Dusan Arena" stadionunda keçirilən matç 0:0 hesabı ilə başa çatıb. Oyunun 75-ci dəqiqəsində rəqib futbolçu Jan Baranek ikinci sarı vərəqə alaraq meydandan qovulsa da, "Qarabağ" bu fürsətdən yararlana bilməyib.
"Qarabağ" "Viktoriya" ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Şərhlər