Menu

Azərbaycanın hazırki seysmik durumu açıqlandı

27.07.2016, 16:07
Azərbaycanın hazırki seysmik durumu açıqlandı

“Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, bir neçə gün öncə Şamaxı rayonunda Pirqulu yaxınlığında aktivlik olub: “Həmin ərazidə hiss olunmayan çoxlu sayda zəif təkanlar baş verdi. Pirqulu yaxınlığında bir gün ərzində 150-dək xırda təkanlar qeydə alınıb. Həmin sahədə enerji boşalması getdi. Hazırda təkanların sayı tamam azalıb. Ərazidə iyulun 24-də gün ərzində təkan qeydə alınmayıb. Sonrakı iki gündə isə 2-3 dənə xırda hiss olunmayan təkanlar olub”.

Q.Yetirmişli həmçinin qeyd edib ki, Azərbaycanın digər ərazilərində hiss olunmayan təkanlar olur: “Amma bununla bağlı narahatlığa ehtiyac yoxdur.”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol