AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Barak Obamanın «Birləşmiş Ştatlarda elektoral proseslərə Rusiyanın mümkün təsiri» barədə səsləndirdiyi fikri şərh edərkən deyib ki, Moskva bu cür ixtiyari hərəkətlərdən qətiyyətlə qaçır.
«Prezident Vladimir Putin dəfələrlə qeyd edib ki, Rusiya heç vaxt digər ölkələrin daxili işlərinə, xüsusilə də seçki proseslərinə qarışmayıb və indi də qarışmır» - deyə, prezidentin mətbuat katibi bəyan edib.
Onun sözlərinə görə, Moskva görür ki, «Rusiya kartı» elektoral kampaniyalar zamanı Vaşinqtonun bütün siyasətçilərinin yazı masasının qırmızı küncündə «yatır».
«Buna yalnız təəssüflənmək olar...» - deyə, Peskov əlavə edib.

Şərhlər