Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, növbəti oyun günü daha 6 qarşılaşma keçirilib.
Maraqla gözlənilən oyunlardan biri İstanbulda keçirilib. Türkiyənin "Fənərbağça" klubu doğma meydanda Fransa "Monako"sunu sınağa çəkib. Qarşılaşma türklərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça"aya qələbə qazandıran qolların müəllifi Emenike olub.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları avqustun 2 və 3-də keçiriləcək.


Şərhlər