25 il qabaq Qarabağ əlilinə Nardaran bağ massivində icarəyə verilən sahədə ev tikməyə özünü Sabunçu RİH-in əməkdaşı kimi təqdim edən şəxslər imkan vermir. Həbib adlı “komunxoz” əlillərdən layihə, icazə tələb edİR. Qanunvericiliyin tələbi baça salınsa da,”komunxoz” qanunsuzluğundan əl çəkmir.
Əlillərin DİN-in 102, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) 161 Qaynar xətlərinə şikayətləri də 10 gündür sonucsuz qalıb. 5 gün öncə zavallı əlillərin sifariş etdiyi 3 maşın beton “komunxoz”un göstərişilə xarab edilib.
Nardaran polisindən əlillərin DİN-ə şikayətinə görə, tədbir görülməyəcəyi bildirilib. İndi isə Sabunçu RİH-in memarı bildirib ki, tikintiyə icazə lazımdır.
İstənilən halda qanunvericiliyin tələbinə görə, hündürlüyü 12 metrdən yuxarı olmayan tikililərə icazə sənədi tələb olunmur. RİH-in memarı “qoçuları” göndərib, heç bir sənəd vermədən işə mane olur. PA-ya, NK-ya bağ sənədlərini əlavə edən əlillər BŞİH-ə Sabunçu RİH-in qarşısında aksiya keçirmək barədə müraciət edib .
Məhkəmə qərarı olmadan vətəndaşın qanuni işinə mane olmaq isə Konstitusiyaya ziddir. Əlacsız qalan əlillər Nardarandakı bağ massivində aksiya keçirmək niyyətindədirlər.
Məğrur Bədəlsoy


Şərhlər