Menu

Ukraynada daha bir şəhərdə Rusiya bayrağı qaldırılıb

13.04.2014, 00:46
Ukraynada daha bir şəhərdə Rusiya bayrağı qaldırılıb

Ukraynanın Slavyansk şəhər administrasiyası üzərində də Rusiya bayrağı qaldırılıb. Bu barədə şəhər meri Shtepa Nelia məlumat verib. O, şəhər administrasiyasında 1000-ə yaxın adamın olduğunu deyib. Bundan başqa Rusiyameylli qüvvələr şəhərin təhlükəsizlik və milis bölmələrini də tutublar. UNIAN-ın məlumatına görə, milis bölməsində «Donetski respublikası»nın təşəbbüsçüsü olan 20-yə yaxın silahlı şəxs var. Onlar bütün milis əməkdaşlarını binadan çıxararaq bölmədə saxlanan bütün silahları ələ keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol