Menu

ABŞ Gülənin Türkiyəyə ekstradisiyası imkanını öyrənir

29.07.2016, 11:48
ABŞ Gülənin Türkiyəyə ekstradisiyası imkanını öyrənir

ABŞ Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası imkanını öyrənir.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın F.Gülənə qarşı mövqeyi dəyişməyib.

Türkiyə hökuməti ABŞ-a F.Gülənin Türkiyədəki hərbi çevrilişlə bağlı olması ilə əlaqədar sənədləri təqdim edib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol