İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.
“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, deyə A.Aqaronyan bildirib.
***
Yerevanda post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşma hüquq-mühafizə orqanlarının işçiləri ilə atışmanı davam etdirir.
Trend RİO Novosti-yə istinadən xəbər verir ki, bunu polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz facebook səhifəsində bildirib.
O həmçinin qeyd edib ki, hüquq-mühafizə orqanları silahlı qruplaşmanın daha iki üzvünü yaralayıblar.


Şərhlər