Menu

Ermənistanın müxalif partiyasının sədr müavini həbs olunub

30.07.2016, 13:21
Ermənistanın müxalif partiyasının sədr müavini həbs olunub

Ermənistanın müxalif "İrs" partiyasının sədr müavini Armen Martirosyan həbs olunub.

APA-nın "Yerkramas" nəşrinə istinadən verdiyi xəbərə görə, A. Martirosyan kütləvi etirazlara çağırışlara görə həbs olunub və bu gün onun barəsində cinayət işi başlanıb.

Hazırda müxalif siyasətçi müvəqqəti saxlanma təcridxanasında saxlanılır.

Qeyd edək ki, A. Martirosyan iyulun 17-də Yerevanda polis binasını ələ keçirən bir qrup silahlı şəxsə dəstək olaraq təşkil edilən etiraz aksiyasının təşkilatçılarından biridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol