Menu

İŞİD-lə döyüşlərdən qaçan 100 mindən çox hərbçi ordudan xaric edilib

01.08.2016, 08:57
İŞİD-lə döyüşlərdən qaçan 100 mindən çox hərbçi ordudan xaric edilib

İraq hökuməti İŞİD terror qruplaşması ilə mübarizə zamanı döyüş meydanından qaçan 100 mindən çox hərbçi ilə müqaviləni ləğv edib.

"Report" xəbər verir ki, bu barədə, "Əl-Arabia" telekanalının məlumatına görə, İraqın müdafiə naziri Xalid əl-Obeydi məlumat verib.

"İŞİD terrorçularının hücumu zamanı öz mövqelərini tərk edən 106 min İraq hərbçisi ilə bağlanan müqavilə ölkənin Müdafiə Nazirliyi tərəfindən ləğv edilib", - deyə Əl-Obeydi bildirib.

O qeyd edib ki, bu, əsasən 2014-cü ilin ilk aylarında İraq ordusunun sıralarında olan hərbçilərə aid olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol