Menu

Türkiyə ərazisi Suriyadan top atəşinə tutulub

01.08.2016, 14:04

03_107-mm-arttirilmis-menzilli-topcu-roketiTürkiyə ərazisi Suriyadan top atəşinə tutulub.

"Report" "Doğan"a istinadən xəbər verir ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə Suriyanın Lazkiyə rayonunun Kesep bölgəsində Bəşər Əsədə bağlı qüvvələrlə Bayırbucak türkmənləri arasında şiddətli döyüş olub.

Məlumata görə, səhərədək davam edən qarşıdurma zamanı atılan top mərmilərindən 17-si Türkiyənin Hatay vilayətinin Yayladağı rayonunun Kızılçat məhəlləsi ərazisinə düşüb. Hadisə nəticəsində dağıntı və tələfat olmayıb.

Türkiyə Silahlı Qüvvələri qarşı tərəfə dərhal cavab veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol