Menu

NATO-nun Türkiyə iclası keçirilməyə bilər

01.08.2016, 14:32
NATO-nun Türkiyə iclası keçirilməyə bilər

NATO-nun bir sıra nüfüzlu ölkələrinin parlament heyətləri hesab edirlər ki, Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhddən sonra bu ölkədə Alyansın Parlament Assambleyasının (PA) sessiyasının keçirilməsi məqbul deyil.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Finansial Times" qəzeti yazır.

NATO PA-nın baş katibi Devid Hobbs deyib ki, Türkiyədə planlaşdırılan iclasın keçirilmə məsələsinə hələ baxılır.

Qeyd edək ki, NATO PA-nın sessiyasının noyabr ayında keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol