Binəqədidə referendumun əhəmiyyəti barədə tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyəti, İcra Hakimiyyəti yanında İctimai Şura və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Referendum və onun siyasi-hüquqi əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Binəqədi İH-dən APA-ya verilən məlumata görə, tədbirdə İH başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, ASAN Təlim-Tədris Mərkəzinin müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə Binəqədi rayon İH başçısının müavini Aygün Əliyeva açaraq 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini bildirib, referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıb. Son illər ərzində ölkədə bütün sahələrdə dinamik inkişafın müşahidə olunduğunu və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin siyasi əhəmiyyətini qeyd edərək bu təşəbbüsün Azərbaycanın növbəti uğurlarına hədəfləndiyini bildirib.

Binəqədi rayon İH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək Azərbaycan cəmiyyətinin daim inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq cəmiyyətimizdə daha mütərəqqi və təkmilləşdirilmiş qanunların tətbiq edilməsi zərurətinin yarandığını qeyd edib.

ASAN Təlim-Tədris Mərkəzinin müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Nazənin Hüseynova konstitusiyanın müvafiq maddələrinin müqayisəli təhlilini aparıb.

Tədbir diskussiya şəklində davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar