Menu

ABŞ-da modernləşdirilmiş atom bombası istehsalına başlanacaq

02.08.2016, 11:31
ABŞ-da modernləşdirilmiş atom bombası istehsalına başlanacaq

ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi (NNSA) B-61-12 modernləşdirilmiş atom bombasının istehsala hazırlıq mərhələsinə keçməsinə göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə NNSA-nın saytında dərc edilən məlumatda deyilir.

Proqramın mühəndis mərhələsi üzərində iş dörd il ərzində həyata keçirilib. Kütləvi istehsalın 2020-ci ildə başlayacağı planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol