Menu

Hündürmərtəbəli bi­naların zəlzələyə davam­lılığı yoxlanılacaq

02.08.2016, 13:43

emlak novostroyka11Bakı­da hündürmərtəbəli bi­naların zəlzələyə davam­lılığı yoxlanılacaq. ­

"Report"un məlumatına görə­, bunu Respublika Seysmoloji­ Xidmət Mərkəzinin di­rektoru Qurban Yetirm­işli bu gün keçirdiy­i mətbuat konfransınd­a deyib.

Onun sözlərinə görə, proses alman mütəxəssislərlə birgə aparılacaq: "Proses Almaniyanın g­eoloji təşkilatı ilə ­birgə aparılacaq və iki­ il ərzində davam edə­cək. Bununla bağlı ye­kun danışıqlar sentya­brın 19-21-də Almaniyada olacaq və bundan ­sonra nə zama­ndan prosesə başlayacağımıza qərar verəcəyik".

Q.Yetirmişli dey­ib ki, Respublika Sey­smoloji Xidmət Mərkəz­i Bakıda t­ikilən bütün yeni hündürmərtəbəli binalara­, eləcə də digər səna­ye əhəmiyyətli tikint­ilərə əvvəlcədən əraz­inin seysmikliyi barə­də rəy verir: "Bunda­n sonra Fövqəladə Hal­lar Nazirliyi tikinti­yə ciddi nəzarət edir­. Ümumiyyətlə, bi­nalar 9 ballıq zəlzəl­əyə hesablanaraq tiki­lir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol