Menu

Türkiyə Futbol Federasiyası FETÖ ilə bağlı 94 nəfəri işdən azad edib

02.08.2016, 20:09

tffHəmin şəxslər FETÖ ilə əlaqədə şübhəli sayılırlar

Türkiyə Futbol Federasiyası (TFF) 94 nəfəri işdən azad edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, həmin şəxslər Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli sayılırlar.

"TFF 94 nəfərin federasiya ilə əlaqəsini kəsib. Onların arasında klasman, regional hakimlər və yardımçı hakimlər, milli və regional müşahidəçilər var", - deyə federasiyanın yaydığı açıqlamada qeyd olunub.

Qeyd edək ki TFF-da FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra kütləvi təmizləmə başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol