Menu

“Putin Trampla görüşməyib” - Kremldən açıqlama

02.08.2016, 22:49
“Putin Trampla görüşməyib” - Kremldən açıqlama

“Rusiya prezidenti Vladimir Putin heç vaxt ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampla danışmayıb”.

“Qafqazinfo” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Trampla nə görüşüb, nə də telefon əlaqəsi saxlayıb.

O qeyd edib ki, bu, Trampın tərəfdarlarına da şamil olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol