Türkiyə uçurumun kənarından döndü. Çevriliş cəhdinin qarşısının alınmasına görə çox sevinirəm.
Bunu Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer deyib.
“Türkiyə hökumətinin qiyamçılara qarşı qanuni və siyasi önləmlər alması ən təbii haqqıdır. Türkiyə 15 iyul gecəsi uçurumun kənarında idi. Çevriliş cəhdinin qarşısının alınmasına görə çox sevinirəm. Lakin indiyə kimi görülən tədbirlərin bəziləri həddi aşır”, - nazir bildirib.
Xatırladaq ki, 15 iyul gecəsi baş verən hərbi çevriliş cəhdi zamanı 246 insan həlak olmuşdu. Mindən çox insanın isə yaralandığı bildirilmişdi.Ancaq Avropa dövlətləri bu çevriliş cəhdini pisləmədi. Hətta bundan məyus olduğunu açıq biruzə verdi.
Ankaranın sərt təpkisindən sonra Almaniya nəhayət çevriliş cəhdini pislədi. Ancaq yenə bir "əmma" qoşdu...
AzPolitika.info


Şərhlər