Menu

AZƏRBAYCANDA İNTERNET NİYƏ KƏSİLMİŞDİ? - "Delta Telecom"dan açıqlama

04.08.2016, 10:38
AZƏRBAYCANDA İNTERNET NİYƏ KƏSİLMİŞDİ? - "Delta Telecom"dan açıqlama

"“Delta Telecom LTD” MMM olaraq bildiririk ki, 03.08.16 tarixdə bəzi mətbuat vasitələrində və sosial şəbəkələrdə ölkənin internet təminatında və milli serverlərdə qısa müddətli fasilələrlə kəsintilər yaranması ilə yayılmış məlumatlar həqiqəti əks etdirmir." "AzPolitika"nın məlumatına görə, bu barədə “Delta telekom LTD” MMM-in rəsmi saytında yerləşdirilmiş açıqlamada bildirilir.

“Delta Telecom LTD” MMM bildirir ki, göstərilən müddətdə və hazırda "Delta telekom" müştərilərini sabit və davamlı internet xidməti ilə təmin etməkdədir. "Təxirəsalınmaz profilaktik tədbirlərin həyata keçirilməsi zamanı rezervlənməmiş xətlərdən istfadə edən müştərilərdə yaranan kiçik problemlər olmuşdur ki, bunun məsuliyyətini müəssisəmiz daşımır və bu problemlər artıq axşam saatlarında aradan qaldırılmışdır. Əgər hər hansı bir müştəri götürdüyü xidməti və ya istifadə etdiyi avadanlığı rezervləmirsə müxtəlif səbəblərdən, eləcə də profilaktik tədbirlərin keçirilməsi zamanı xidmətin qısa müddətli dayanması labüddür.

“Delta Telekom LTD”MMM olaraq bildiririk ki, xidmətdə yaranan fasilə ilə bağlı gün ərzində hər hansı bir mətbuat vasitəsi, rəsmi və ya özəl qurumdan sorğu daxil olmamışdır".

***

internet4Dünən saat 16 radələrindən etibarən ölkənin internet təminatında və milli resursların fəaliyyətində problemlər yaranıb. Belə ki, günün müəyyən saatlarında internet bağlantısında fasilələr əmələ gəlib və Delta Telecom-un Data Mərkəzində yerləşən milli resursların fəaliyyətində problemlər yaşanıb.Virtualaz.org bildirir ki, bu barədə öz facebook səhifəsində Azərbaycan İnternet-Forumunun prezidenti Osman Gündüz yazıb.

Onun sözlərinə görə, internet təminatı qısa müddətdə həll olunsa da, əksər milli resursların, bir sıra xəbər saytlarının fəaliyyətini indiyədək bərpa etmək mümkün olmayıb.

“Delta Telecom şirkəti ölkənin xeyli sayda milli informasiya resurslarını həm ictimai əsaslarla , həm də kommersiya şərtləri ilə öz Data Mərkəzinndə saxlayır. Delta Telecom-un və Data Mərkəzin rəsmi internet resursları da hazırda aktiv deyil.

Müşahidələr və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, problemlər Delta Telecom-un magistral xətlərində deyil, daxili sistemində baş verən nasazlıqlarla bağlı olub. Problemin uzun müddət davam etməsi onun ciddi olmasından xəbər verir”, - deyə O.Gündüz vurğulayıb.

Ekspert onu da qeyd edib ki, onda olan məlumata görə, şirkətin bütün texniki heyəti hazırda iş yerindədir və problemin aradan qaldırılması üçün çalışır.

Xatırladaq ki, ötən ilin noyabrında Delta Telecom-da baş verən qəza ilə əlaqədar Azərbaycanın faktiki olaraq bütün ərazisində internetə giriş bağlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol