Menu

​İŞİD "Boko Haram" silahlı qruplaşmasının liderinin dəyişdiyini bildirib

03.08.2016, 19:30
​İŞİD "Boko Haram" silahlı qruplaşmasının liderinin dəyişdiyini bildirib

İŞİD-in silahlıları onlarla əlaqəli olan Qərbi Afrika qruplaşması "Boko Haram"ın başında yeni liderin dayandığını bəyan edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, IŞID "Boko Haram"ın başında Abu Musab əl-Barnavinin durduğu bildirib.

"Əl-Naba" dərgisinə müsahibəsində A.M.Barnavi deyib ki, qruplaşma "onunla hesablaşacaq qüvvə olaraq qalmaqdadır".

O, həmçinin yeni silahlıların toplandığını söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol