Hazırda FHN xilasedicilər tərəfindən meyitin axtarışı davam etdirilir
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Rauf Əlihüseyn oğlu Abdullayev yoldaşı ilə birlikdə qoyunları yumaq üçün Araz çayına gətirib. O, qoyunları yuyan zaman suda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilər tərəfindən meyitin axtarışı davam etdirilir.


Şərhlər