Menu

Qaxda gənc oğlan dayısını bıçaqlayıb

03.08.2016, 21:22

BicaqQax rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol