Menu

Sonuncu «Lunaxod» fəaliyyətini başa vurub

04.08.2016, 15:41
Sonuncu «Lunaxod» fəaliyyətini başa vurub

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Aya endirilmiş Çinə məxsus sonuncu «Lunaxod» öz fəaliyyətini başa vurub («New Scientist»).

Çin Xalq Respublikası (ÇXR) müdafiə, texnika və sənaye İdarəsi qeyd edir ki, Yerin peykinə endirilmiş «Change 3" "Lunaxodu" 31 il fəaliyyət göstərib. Amma onun planlaşdırılmış xidmət müddəti cəmi 3 ay olub.

Stasionar stansiyanı və «rover»i özündə birləşdirən «Chang’e 3» modulu 14 dekabr 2013-cü ildə «Yağışlar dənizinin göy qurşağı körfəzi» kraterinə gəlib çıxıb. Aparat burada 114 metr hərəkət edib və Ayın dərin qatlarının radar araşdırmalarını həyata keçirib.

Çinin bu modulu son 37 ildə Yerin peykinə yumşaq eniş etmiş ilk aparat olub. 14 günlük fəaliyyətdən sonra o, hərəkətini dayandırsa da, Ay haqqında məlumat toplamaqda davam edib.

Səmaaltı ölkə 2017-ci ildə Aya geri qayıda bilən aparat göndərməyi planlaşdırır. Bu aparat Yerə «ay torpağı» gətirməlidir. «Chang’e 3»-ə qədər həyata keçirilmiş daha iki missiya (1 və 2) orbital olub. Ayın xəritəsini hazırlamaq üçün bu missiyalar məlumat toplamağa imkan yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol