Menu

Nursultan Nazarbayev Türkiyəyə gedir

04.08.2016, 20:06
Nursultan Nazarbayev Türkiyəyə gedir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev sabah Türkiyəyə səfər edəcək.

APA-nın məlumatına görə, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Türkiyə və Qazaxıstan prezidentlərinin təkbətək və geniş formatda görüşləri keçiriləcək.

Qeyd edək ki, Ərdoğanla Nazarbayev arasında ötən ay telefon danışığı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol