Menu

Dağ Məhəmmədə sarı gəlmir...

04.08.2016, 20:45
Dağ Məhəmmədə sarı gəlmir...

Bəs Putin yəhudidir?

Viktor Şenderoviç, jurnalist

- Sokolnikova qədər, üç yüz.

- Getdik.

Əyləşirəm...

- Dargin musiqisi?

- Heç biri lazım deyil - cavab verirəm.

- Oldu.

Söndürür...

Hansı millətdənsən?

- Yəhudiyəm.

İlahi, necə sevindi! Allaha and olsun ki, çoxdandır, heç kimi mənim yəhudi olmağıma bu qədər sevinməmişdi.

Mənim dayım var idi - kolxoz sədri işləyirdi, ikra, şaşlık-maşlık... O, mənə deyib ki, Moskvada yəhudi ilə qarşılaşsan, mənə zəng vur.

Pauza yarandı...

- Nə üçün? - deyə, dəqiləşdirmək istədim.

- Yəhudilər ağıllıdırlar. Pul onları sevir.

Susdu. Sonra soruşdu:

- Medvedyevin - hökumətin sədri - telefonu səndə varmı?

- Yox, - dedim.

Yeni pauzadan sonra ehtimalımı yoxlamaq istədim:

- Nəyə görə, məndə Medvedyevin telefonu olmalıdır ki?

Mən, səhv etməmişdim.

- O ki, yəhudidir.

- Tutaq ki, - deyirəm.

- Bəs Putin yəhudidir?

- Gərək ki, yox - cavab verirəm.

- O zaman, Medvedyev - sürücü qərara alır.

- Ona zəng vur, deynən ki, Məhəmməd yarım ildir, buralarda it kimi sürünür, iş lazımdır.

Bə birdən gülümsəyir:

- Zarafat eliyirəm.

Dərbənddə isə hər şey yaxşıdır, deyir. Amma tamam bekarçılıqdır.

Ruscadan çevirdi: Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol