AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkədə 130 min nəfərə yaxın insan Baş nazir Dmitri Medvedyevin istefasına çağıran internet-petisiyanı imzalayıb.
Petisiya bu günlərdə «change.org» saytında meydana çıxıb. Müraciət müəlliflərini hökumət sədrinin müəllimlər barədə səsləndirdiyi bir bəyanat hiddətləndirib. Belə ki, bu günlərdə bir forumda Dağıstandan olan müəllim Medevedyevə sual verib: «Nə üçün ölkədə müəllimin əmək haqqı polisin əmək haqqından azdır?». Baş nazir isə əmək haqqından narazı müəllimlərə «məsləhət» görüb ki, bir qədər fəal olsunlar və gedib bisnesə girişsinlər!
Bu ərəfədə prezident Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hələlik petisiya ilə tanış olmayıblar.

Şərhlər