Menu

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

05.08.2016, 11:28
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülvi Kazımovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.Kazımova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ü.Kazımov Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol