Menu

ZİYA MƏMMƏDOV QƏZƏBLƏNDİ - “İşiniz-gücünüz yoxdur?”

14.04.2014, 17:10
ZİYA MƏMMƏDOV QƏZƏBLƏNDİ - “İşiniz-gücünüz yoxdur?”

Xəbər verildiyi kimi, Nazirlər Kabineti Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə qərar qəbul edib. Qərarda Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması nəzərdə tutulur.

Publika.Az məsələ ilə bağlı Nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. O, sualı çox əsəbi qarşılayıb: “Sizin işiniz-gücünüz yoxdur? Niyə işləməyə qoymursuz? Mənə zəng etməyin”.

Nazirin jurnalistə belə aqressiv və məntiqsiz cavabı onun Nazirlər Kabinetinin qərarından narazı qaldığını göstərir. Əks halda, Z.Məmmədov bilməmiş olmazdı ki, jurnalistin işi-gücü elə bundan ibarətdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol